Medianews.az
Tramp məşhur idmançı ilə yarışa girdi -
98 baxış

Tramp məşhur idmançı ilə yarışa girdi - VİDEO

ABŞ Prezidenti Donald Tramp dünya tennisinin məşhur siması Serena Uilyams ilə tennis oynadığı anları sosial şəbəkədə paylaşıb.

 Medianews.az xəbər verir ki, görüntülər Virciniya ştatında keçirilən tennis mərkəzinin açılışından sonra baş verən tədbir zamanı çəkilib.

Tramp açılışdan sonra yaxınlıqdakı “Trump National Golf Club” kortunda Serena Uilyams ilə oyun oynayıb.

Videoda Trampın rəsmi kostyumda korta çıxdığı, daha sonra isə ayaqqabılarını çıxararaq oyuna davam etdiyi görünür. Paylaşım qısa müddətdə geniş auditoriyaya yayılıb.

Siyasət və idman dünyasını bir araya gətirən bu görüş ictimaiyyətin diqqətini çəkib.

Medianews.az

Bizə qoşulun