Medianews.az
Trampın boynundakı qızartı yenidən diqqət çəkdi –
70 baxış

Trampın boynundakı qızartı yenidən diqqət çəkdi – görüntülər müzakirə yaratdı

ABŞ Prezidenti Donald Trumpın boynunda görünən qızartı Ağ Evdə keçirilən görüş zamanı yenidən kameraların diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, hadisə Trampın Almaniya kansleri Friedrich Merz ilə Vaşinqtonda keçirdiyi görüş zamanı çəkilən görüntülərdə üzə çıxıb.

Yaxın planda çəkilmiş kadrlarda prezidentin boyun nahiyəsində rəng fərqi diqqət çəkib.

Müşahidələrə görə, qızarmış sahənin makiyaj vasitəsilə örtülməsinə cəhd edildiyi iddia olunur. Lakin yaxın planda çəkilən görüntülərdə makiyajın ton fərqi yaratdığı və qızartının tam gizlədilmədiyi görünür.

Sosial mediada yayılan görüntülər qısa müddətdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər Trampın sağlamlıq vəziyyəti ilə bağlı müxtəlif ehtimallar irəli sürüblər.

Bəzi tərəfdarlar bunun sadə dəri qıcıqlanması və ya müvəqqəti bir hal ola biləcəyini qeyd etsələr də, digər istifadəçilər Ağ Evdən məsələ ilə bağlı daha aydın izahat verilməli olduğunu bildiriblər.

Medianews.az

Bizə qoşulun