Medianews.az
Trampın kuryer ilə dialoqu gündəm oldu -
76 baxış

Trampın kuryer ilə dialoqu gündəm oldu - VİDEO

ABŞ Prezidenti Donald Tramp qeyri-adi görüntü ilə gündəmə gəlib.

Medianews.az xəbər verir ki, o, Ağ Evdəki Oval ofisin girişində çatdırılma sürücüsündən yemək sifarişi qəbul edərkən xidmət sektorunda çalışanların gəlirləri ilə bağlı mühüm mesaj verib.

Sosial mediada yayılan kadrlarda prezidentin kuryer ilə qısa söhbəti diqqət çəkib. Sifarişin "McDonald's" məhsullarından ibarət olduğu bildirilib.

Söhbət zamanı Tramp çaypulu (tips) gəlirlərinə tətbiq olunan vergilərin ləğv edilməli olduğunu vurğulayıb. O, xidmət sektorunda çalışanların qazancına birbaşa təsir edən bu məsələnin dəyişdirilməsinin vacibliyini qeyd edib.

Kuryer Şarron Simmons isə bildirib ki, ötən il vergi səbəbindən təxminən 11 min dollar çaypulu gəlirini itirib. Bu açıqlama sosial mediada geniş rezonans doğurub.

Görüntülərdə Trampın sürücüyə müraciət edərək vergi yükündən danışması və müxtəlif suallar ünvanlaması əks olunub. Prezidentin şəxsi və sosial mövzularla bağlı verdiyi suallar da istifadəçilərin diqqətindən yayınmayıb.

Kuryer isə bəzi suallara cavab verməkdən yayınaraq yalnız iş üçün orada olduğunu bildirib.

Hadisə qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. İstifadəçilər bu addımı müxtəlif cür şərh ediblər. Bəziləri bunu seçicilərlə yaxınlaşma cəhdi kimi qiymətləndirib, digərləri isə işçi sinfinə yönəlmiş bir mesaj olduğunu bildirib.

Qeyd edək ki, Tramp daha əvvəl də “çaypullara vergi yoxdur” yanaşmasını gündəmə gətirmiş və bu mövzuda dəyişikliklərin tərəfdarı olduğunu açıqlamışdı.

Medianews.az

Bizə qoşulun