Medianews.az
Trampın tədbirində atəş açıldı,
66 baxış

Trampın tədbirində atəş açıldı, Modidən reaksiya

Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın, Birinci xanım Melaniya Trampın və Vitse-prezident Cey Di Vensin Vaşinqtonda baş verən atışmada xəsarət almadığını eşidəndə rahat olduğunu bildirib.

Modi bu barədə özünün X səhifəsində yazıb.

"Vaşinqtonda oteldə baş verən son hadisədən sonra Prezident Trampın, birinci xanımın və vitse-prezidentin sağ-salamat olduqlarını və xəsarət almadıqlarını öyrənəndə rahat oldum. Onların davamlı təhlükəsizliyi və rifahı üçün ən xoş arzularımı çatdırıram", - o qeyd edib.

O, həmçinin vurğulayıb ki, zorakılıq demokratik cəmiyyətdə qəbuledilməzdir və qətiyyətlə pislənməlidir./axar.az

Bizə qoşulun