Medianews.az
Türkiyədə nəyin qiyməti nə qədər artıb? -
234 baxış

Türkiyədə nəyin qiyməti nə qədər artıb? - RƏQƏMLƏR

Ötən ilin may ayından bəri Türkiyədə istehlak qiymətləri 32,61 faiz artıb.

Medianews.az Türkiyənin Statistika Qurumuna istinadla bildirir ki, kommunal xidmətlərdə bahalaşma 45,59 faiz, ərzaq və spirtsiz içkilərdə 34,86 faiz, spirtli içkilər və tütün məmulatlarında 29,85 faiz, geyim və ayaqqabılarda 14,08 faiz olub.

Bir il ərzində təhsil sahəsində qiymətlər 50,06 faiz, nəqliyyatda 34,29 faiz, səhiyyə xidmətlərində 32,94 faiz, ictimai iaşə və mehmanxana xidmətlərində 31,59 faiz, sığorta və maliyyə xidmətlərində 28,3 faiz, istirahət və mədəniyyət xidmətlərində 25,88 faiz, rabitə xidmətlərində 25,58 faiz, məişət əşyalarında 22,36 faiz yüksəlib.

Medianews.az

Bizə qoşulun