Medianews.az
Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi –
138 baxış

Türkiyəli fenomen Afrikada uşaqları sevindirdi – VİDEO

Milli.Az xəbər verir ki, Hollandiyada yaşayan türkiyəli sosial media fenomeni Ramazan Bayram Afrikada etdiyi yardım aksiyası ilə diqqət çəkib.

Fenomen bildirib ki, səfər zamanı bölgədə yaşayan uşaqların uzun müddətdir gigiyenik imkanlardan məhrum olduğunu müşahidə edib. Onun sözlərinə görə, bəzi uşaqlar təxminən bir ildir çimmək imkanı əldə etməyiblər.

Bu vəziyyətə biganə qalmayan bloqer özü ilə gətirdiyi su çəni və şampun vasitəsilə uşaqlar üçün yuyunma şəraiti yaradıb. O, uşaqları çimizdirərək onların sevincinə səbəb olub.

Hadisənin görüntüləri sosial şəbəkələrdə paylaşılaraq geniş izlənilib və istifadəçilər tərəfindən humanitar addım kimi dəyərləndirilib./milli.az

Bizə qoşulun