Medianews.az
Türkiyədə inflyasiya -
145 baxış

Türkiyədə inflyasiya - SON RƏQƏMLƏR

Apreldə Türkiyədə istehlak qiymətləri 2025-ci ilin eyni ayına nəzərən 32,37 faiz artıb.

Medianews.az-ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu təhsil sahəsində bahalaşmanı 50,6 faiz, kommunal xidmətlərdə 46,6 faiz, nəqliyyatda 35,06 faiz, ərzaq və spirtsiz içkilərdə 34,55 faiz, səhiyyə xidmətlərində 33,02 faiz, spirtli içkilər və tütün məmulatlarında 29,96 faiz, geyim və ayaqqabılarda 9,66 faiz göstərir.

Azərbaycan Mərkəzi Bankı mayın 4-də 100 Türkiyə lirəsini 3 manat 76 qəpiyə təklif edir.

2021-2025-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 3 manat 96 qəpiyə düşüb, 2026-cı il 3 manat 95 qəpiklə başlayıb.

Medianews.az

Bizə qoşulun