Medianews.az
Türkiyənin inflyasiya statistikası
269 baxış

Türkiyənin inflyasiya statistikası

Fevralda Türkiyədə istehlak qiymətləri 2025-ci ilin eyni ayına nəzərən 31,53 faiz artıb.

Medianews.az-ın məlumatına görə, hesabatı yayan Statistika Qurumu kommunal xidmətlərdə bahalaşmanı 42,33 faiz, spirtli içkilər və tütün məmulatlarında 36,54 faiz, ərzaq və spirtsiz içkilərdə 36,44 faiz, geyim və ayaqqabılarda 6,79 faiz göstərir.

Azərbaycan Mərkəzi Bankı martın 3-də 100 Türkiyə lirəsini 3 manat 87 qəpiyə təklif edir.

2021-2025-ci illərdə 100 lirənin rəsmi kursu 22 manat 91 qəpikdən 3 manat 96 qəpiyə düşüb, 2026-cı il 3 manat 95 qəpiklə başlayıb.

Medianews.az

Bizə qoşulun