Medianews.az
UFC çempionu İslam Maxaçev İtaliyada qarət olunub
194 baxış

UFC çempionu İslam Maxaçev İtaliyada qarət olunub

UFC-nin yarımorta çəki dərəcəsində çempionluq kəmərinin sahibi İslam Maxaçev İtaliyaya səfəri zamanı qarətçilərin qurbanı olub.

Medianews.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə idmançı öz "Instagram" hesabında bildirib.

"Pulqabım və pasportum qalmışdı, pasportu qaytardılar. Çamadandakı ən dəyərli şey son oyundan sonra Xviça Kvarasxeliyanın (PSJ-nin gürcü yarımmüdafiəçisi - red.) hədiyyə etdiyi butslar idi. Xalça da qalıb, başqa heç nə lazım deyil", - deyə Maxaçev yazıb.

Qeyd edək ki, 34 yaşlı Maxaçevin MMA-da 28 qələbəsi və bir məğlubiyyəti var. O, 2025-ci ildə iki çəki dərəcəsində UFC çempionu titulunu qazanan ilk rusiyalı olub.

Bizə qoşulun