Rusiyanın paytaxtı Moskvada 1964-cü il təvəllüdlü kişi iki azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinərək saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə mayın 16-sı uşaq meydançaların birində baş verib.
Kişinin 2011-ci il təvəllüdlü iki uşağa qarşı nalayiq hərəkətlər etdiyi bildirilir.
Uşaqlar baş verənlər barədə valideynlərinə məlumat veriblər. Daha sonra valideynlər hüquq-mühafizə orqanlarına müraciət ediblər. Şübhəli şəxs həbs edilib.
Medianews.az