Medianews.az
Uşaqlarda telefon asılılığının
72 baxış

Uşaqlarda telefon asılılığının əsas əlamətləri

Psixoloq Snejana Sıçikova uşaqlarda telefon asılılığının əsas əlamətlərini sadalayıb.

Medianews.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən açıq əlamət – uşağın daim hesabını yoxlamaq və paylaşımlarına reaksiyaları izləmək istəyi ilə bağlı obsesiv davranışdır.

İkinci əlamət isə telefonun istifadəsinə o qədər vaxt ayırmaqdır ki, uşaq dərslərini və dostları ilə canlı ünsiyyəti unudur.

Psixoloq əlavə edib ki, xüsusi narahatlıq doğuran hal “passiv skrollinq” fenomenidir. Yəni uşaq sosial şəbəkə lentini vərəqləyərək ideal şəkillər və videolar görür, nəticədə dünyanı təhrif olunmuş şəkildə qavramağa başlayır. Bu vərdiş uşaqlarda narahatlıq və depressiya riskini artırır.

Mütəxəssislər valideynlərə xəbərdarlıq edirlər ki, telefon istifadəsinə nəzarət etmək uşaqların psixoloji sağlamlığı üçün vacibdir.

Medianews.az

Bizə qoşulun