Medianews.az
Uzunömürlülüyün
118 baxış

Uzunömürlülüyün 3 SİRRİ

ABŞ-nin ən yaşlı kişisi hesab olunan 111 yaşlı Luis Kano uzun və sağlam ömrün əsas səbəblərini bölüşüb.

Medianews.az xəbər verir ki, Kano uzunömürlülüyü üç əsas qayda ilə izah edir: spirtli içki və siqaretdən uzaq durmaq, keyfiyyətli yuxu və insanlara qarşı yaxşı davranış.

1914-cü ildə Kolumbiyada doğulan və 10 övladı olan Kano 105 yaşına qədər bağ işləri ilə məşğul olub. O, qidalanmada xüsusilə lobya, acı bibər və avokadoya üstünlük verdiyini bildirir.

Onun sözlərinə görə, düzgün, dürüst və stresssiz həyat tərzi uzunömürlülüyün əsas açarıdır.

Medianews.az

 

Bizə qoşulun