Medianews.az
Çox yaşamağın sirri:
65 baxış

Çox yaşamağın sirri: 106 yaşlı qadın gündəlik həyatını paylaşdı

ABŞ-də 106 yaşlı qadın uzunömürlülüyünün sirrini açıqlayıb.

Medianews.az xəbər verir ki, Milli Qolt adlı qadın gündə üç dəfə yemək yediyini deyib.

O etiraf edib ki, gəncliyində həyat tərzi çox da sağlam olmayıb, lakin erkən yaşlarından dəyişikliklərin vacib olduğunu başa düşüb. Həyatındakı ən xoşbəxt an isə oğlu Donun dünyaya gəlməsi olub. Milli gündəlik sadə ritualları, xüsusilə yemək və gəzintiləri qorumağın əhval-ruhiyyəsini yüksək saxladığını bildirib.

Nəvəsi isə qadının uzunömürlülüyünü gündəlik gəzintilər və pis vərdişlərdən imtina etməsi ilə əlaqələndirir. Ailəsi yalnız onun yaşı ilə deyil, həm də aydın zehni və danışıq qabiliyyətinə  heyrandır.

Medianews.az

Bizə qoşulun