Medianews.az
Üzüyü çıxarmaq istəyən qadın
67 baxış

Üzüyü çıxarmaq istəyən qadın xəstəxanalıq oldu

Rusiyada 65 yaşlı qadın üzüyünü çıxarmaq istəyərkən onu udub.

Medianews.az xəbər verir ki, hadisə Ufada baş verib.

Qadın üzüyü çıxarmaq üçün barmağını ağzı ilə isladıb. Beləliklə qadın təsadüfən zinət əşyasını udub. Bundan sonra o, ürəkbulanma, nəfəs darlığı və sinə ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edib.

Həkimlər əməliyyatla üzüyü çıxarmağa nail olublar. Bildirilir ki, qadın bir qədər gec müraciət etsəydi, hadisə daha ağır nəticələnə bilərdi.

Medianews.az

Bizə qoşulun