Böyük Britaniyada 61 yaşlı kişi vəftiz mərasimi zamanı pastor qadının ehtiyatsızlığı səbəbindən boğularaq ölüb.
Medianews.az xəbər verir ki, mərasim mərhumun şəxsi evinin bağçasındakı şişmə hovuzunda keçirilib.
Qadın 14 mayda məhkəmə qarşısına çıxacaq.
Britaniyalı Yamaykada doğulub, 25 il əvvəl Britaniyaya köçüb. Onun yeddi nəvəsi var. Məlumata görə, o, gənclikdə vəftiz olub, lakin bu dəfə imanı şüurlu şəkildə təsdiqləmək üçün mərasimi təkrar etmək istəyib.
Medianews.az

