Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızına ağır itki üz verib.
Medianews.az xəbər verir ki, onun anası aprelin 21-də dünyasını dəyişib.
Bu barədə məlumatı jurnalistin özü paylaşıb: “Anam müharibə görmüşdü, əsgərlər anası olmuşdu, həmişə qorxurdu, hər zaman narahat idi. Onun pəncərədən baxıb övladlarını gözləməsini min dəfə görmüşdüm. Bir neçə saatdır biz pəncərədən onu apardıqları yola baxırıq. Əbədiyyətə gedən yola. Ana hansı yaşda olur, olsun, onu itirmək çox ağır imiş”.
Allah rəhmət eləsin!