Həkim Dmitri Bulanov xərçəngin erkən mərhələdə aşkarlanmasının əsas yollarını açıqlayıb.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, bunun üçün ən vacib addım mütəmadi skrininq müayinələrindən keçməkdir.
Mütəxəssis bildirib ki, bütün xərçəng növlərini bir anda aşkar edən universal analiz mövcud deyil. Yoxlama prosesi adətən terapevtdən başlayır və şikayətlərə əsasən digər ixtisaslı həkimlərə yönləndirmə aparılır.
Həkim xəbərdarlıq edib ki, uzun müddət keçməyən simptomlar — səbəbsiz arıqlama, davamlı zəiflik, uzunmüddətli öskürək, udma çətinliyi, qanaxmalar və ya dəri dəyişiklikləri — mütləq diqqətə alınmalıdır.
Onun sözlərinə görə, erkən diaqnoz üçün mammoqrafiya, kolonoskopiya, HPV testləri kimi müayinələr mühüm rol oynayır. Qəti diaqnoz isə yalnız biopsiya nəticələri ilə təsdiqlənir.
Bulanov əlavə edib ki, profilaktik müayinələri gecikdirməmək, zərərli vərdişlərdən uzaq durmaq və orqanizmdə baş verən dəyişikliklərə diqqətli olmaq gec aşkarlanma riskini azaldır.
Medianews.az