Medianews.az
Xurma çəyirdəyini atmayın:
127 baxış

Xurma çəyirdəyini atmayın: Sağlamlığa faydaları

Ramazan ayında iftar və imsak süfrələrinin əsas nemətlərindən olan xurma liflə zəngin qidadır.

Medianews.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, xurmanın özü ilə yanaşı, çəyirdəyi də sağlamlıq üçün faydalıdır.

Həzm sistemini dəstəkləyir: Lif tərkibi bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Sümükləri möhkəmləndirir: Toz halına salınmış çəyirdək ilıq su və ya südə qatılaraq qəbul edildikdə sümük quruluşunu gücləndirməyə kömək edir.

Uzunmüddətli toxluq yaradır: Sahurda qəbul edildikdə gün ərzində enerjini qorumağa yardım edir.

Dəri və saç üçün faydalıdır: E vitamini ilə zəngin olan çəyirdək yağı hüceyrələrin yenilənməsini sürətləndirir, saç köklərini möhkəmləndirir.

Çəyirdəklər yuyulduqdan sonra qurudulur, sobada və ya günəşdə saxlanılır. Daha sonra üyüdülərək toz halına gətirilir. Alınan toz səhər acqarına ilıq suya və ya südə qatılaraq içilə bilər. Çəyirdəkdən əldə olunan yağ isə dəriyə və saçlara çəkilə bilər.

Medianews.az

Bizə qoşulun