Medianews.az
Yamal ÇL-də yenidən
155 baxış

Yamal ÇL-də yenidən tarix yazdı

"Barselona"nın vingeri Lamin Yamal növbəti fərdi rekorda imza atıb.

Bu barədə "Opta" məlumat yayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Nyukasl"a qarşı keçirilən oyunda (7:2) ispan futbolçu birinci hissənin sonlarında penaltini dəqiq yerinə yetirib. Bununla da o, turnir tarixində 10 qol həddinə çatan ən gənc futbolçu olub.

Lamin Yamal bu göstəriciyə 18 yaş 248 günündə nail olub. O, əvvəlki rekordu geridə qoyub. Həmin rekord 2017/2018 mövsümündən etibarən 18 yaş 350 gün göstəricisi ilə Kilian Mbappeyə məxsus idi.

Qeyd edək ki, cari mövsümdə Lamin Yamal klub səviyyəsində 39 oyunda meydana çıxıb. Bu matçlarda o, 21 qol vurub və 16 məhsuldar ötürmə edib.//Publika.az 

Bizə qoşulun