Medianews.az
Yaşıl, sarı, yoxsa xallı banan:
75 baxış

Yaşıl, sarı, yoxsa xallı banan: Hansısı daha faydalıdır?

Diyetoloqlar bildirir ki, bananın yetişmə mərhələsi onun tərkibinə və sağlamlığa təsirini ciddi şəkildə dəyişir.

Medianews.az xəbər verir ki, yaşıl və tam yetişməmiş bananlarda daha çox rezistent nişasta olur. Bu maddə lif kimi təsir göstərir və qanda şəkərin stabilləşməsinə kömək edir. Mütəxəssislər bunu diabet riski olan insanlar üçün faydalı hesab edir.

Sarı və bir az yaşıl uclu bananlar orta mərhələ sayılır və enerjini daha sabit şəkildə təmin edir. Tam sarı bananlar isə kalium və maqnezium baxımından zəngindir, xüsusilə idmandan əvvəl faydalı hesab olunur.

Qəhvəyi ləkələri olan çox yetişmiş bananlarda isə şəkər miqdarı artır və bu meyvə daha tez həzm olunur. Bu tip bananlar əsasən bişirmə və ya desertlər üçün tövsiyə edilir, diabeti olanlar üçün isə ehtiyatlı olmaq məsləhətdir.

Medianews.az

Bizə qoşulun