Medianews.az
Yaxın ölkələrin pulu neçəyədir?
266 baxış

Yaxın ölkələrin pulu neçəyədir?

Medianews.az Mərkəzi Bankın saytında yaxın ölkələrin, daha dəqiqi, postsovet dövlətlərinin və qonşu Türkiyənin milli valyutalarının məzənnələrinə nəzər salıb.

Estoniya, Latviya və Litvada işlədilən avro martın 13-də banklara 1,9556 dollara təklif olunur.

Belarus rubluna 0,5961, Moldova leyinə 0,0981, Ukrayna qrivnasına 0,0384 manat qiymət qoyulub.

Gürcüstan larisi 0,6244, Türkiyə lirəsi 0,0385, Türkmənistan manatı 0,4857, Qırğızıstan somu 0,0194 manata satılır.

100 Rusiya rublu 2,1356 manata, 100 Qazaxıstan təngəsi 0,3466 manata, 100 Özbəkistan somu 0,0140 manata dəyişdirilir.

Ermənistan dramının kursu rəsmən tənzimlənmir. Qeyri-rəsmi hesablama 100 dramın 0,4504 manata bərabər olduğunu göstərir.

Medianews.az

Bizə qoşulun