Medianews.az
Yeməkdən sonra çay...  -
64 baxış

Yeməkdən sonra çay... - Niyə zərərlidir?

Həkimlər yeməkdən dərhal sonra isti çay içməyin sağlamlıq üçün zərərli ola biləcəyini bildiriblər.

Medianews.az xəbər verir ki, rusiyalı mütəxəssislər xüsusilə anemiya olan insanlar üçün bu vərdişin riskli olduğunu qeyd ediblər.

Onların sözlərinə görə, çayda olan tanin maddələri qidadakı dəmirin orqanizm tərəfindən mənimsənilməsini azaldır. Buna görə çayı yeməkdən ən az 30 dəqiqə sonra içmək tövsiyə olunur.

Mütəxəssislər həmçinin bildiriblər ki, acqarına çay içmək, çox isti və ya çox tünd çay içmək, eləcə də dərmanlarla birlikdə qəbul etmək də sağlamlığa mənfi təsir göstərə bilər.

Medianews.az

Bizə qoşulun