Medianews.az
Yeyəndən sonra uzanmayın -
88 baxış

Yeyəndən sonra uzanmayın - xəbərdarlıq

Rusiyalı qastroenteroloq Məhəmmədtahir İbrahimov yemək yeyəndən sonra dərhal uzanmağın sağlamlıq üçün zərərli olduğunu bildirib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, yeyəndən sonra ən azı 30-60 dəqiqə uzanmamaq lazımdır.

Əks halda, mədədə ifraz olunan turşu qida ilə birlikdə yenidən qida borusuna qayıda bilər. Bu isə iltihab, ağızda acılıq və turş dad, həmçinin ürəkbulanma kimi narahatlıqlara səbəb olur.

Mütəxəssis bildirib ki, mədə turşusunun qida borusuna keçməsinin qarşısını almaq üçün yatarkən başın bir qədər yuxarıda olması da tövsiyə edilir. Bu məqsədlə hündür yastıqdan istifadə etmək faydalıdır.

Medianews.az

Bizə qoşulun