Medianews.az
Yeni "Epşteyn" peyda oldu -
111 baxış

Yeni "Epşteyn" peyda oldu - Belə QAÇDI - VİDEO

Sosial mediada sürətlə yayılan video yeni müzakirələrə səbəb olub. 

Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, yolda lentə alınan və üzünü gizlədən naməlum şəxsin illər əvvəl öldüyü açıqlanan Cefri Epşteyn olduğu iddia edilir.

Görüntülərdə avtomobilin içində olan şəxsin kameranı gördüyü anda üzünü örtməsi bir çox insanın şübhələnməsinə səbəb olub. Bəzi istifadəçilər həmin şəxsin Epşteynə çox bənzədiyini desə də, digərləri bunun sadəcə oxşarlıq olduğunu düşünür.

Xatırladaq ki,  Cefri Epşteyn 2019-cu ildə ABŞ-nin Nyu-York şəhərində həbsdə olarkən həyatını itirib və onun ölümünün intihar olduğu açıqlanmışdı. Lakin o vaxtdan bəri "Epşteyn həqiqətən öldümü?" sualı tez-tez gündəmə gətirilir.

Son günlərdə isə ABŞ-nin Florida ştatından yayıldığı bildirilən yeni video isə bu müzakirələri yenidən alovlandırıb. Sükan arxasında görüntülənən və Epşteynə bənzərliyi ilə diqqət çəkən şəxs qısa müddətdə sosial şəbəkələrdə viral olub.

Videodakı şəxs isə səssiz qalmayıb və yayılan iddialara cavab verib. O, sosial media hesabında "Mən Cefri Epşteyn deyiləm" deyərək haqqında deyilənləri təkzib edib. Bu açıqlama bəzi istifadəçiləri inandırsa da, digərləri şübhələrini qoruyub saxlayır.

Beləliklə, Floridada çəkildiyi deyilən bu video bir daha sosial medianın gücünü və şayiələrin nə qədər sürətlə yayıldığını göstərib. Videodakı şəxsin təkzibinə baxmayaraq, mövzu ətrafında müzakirələrin hələ bir müddət davam edəcəyi gözlənilir.

Bizə qoşulun