Medianews.az
Yeni Klinikanın direktoru o oldu -
195 baxış

Yeni Klinikanın direktoru o oldu - FOTO

Yeni Klinikaya da yeni direktor təyin edilib. Bu vəzifəyə Zəhra Vəzirova gətirilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Anar Bayramov Əmr imzalayıb.

Zəhra Vəzirova bu vəzifəyə kimi İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında rektor müavini vəzifəsində çalışıb.

O, eyni zamanda Azərbaycan Anestezioloqlar və Reanimatoloqlar Cəmiyyətinin sədridir.

Xatırladaq ki, TƏBİB-də aparılan sonuncu islahatlar zamanı Yeni Klinikanın direktoru Barat Yusubov da vəzifəsindən azad edilmişdi./News24.az 

Bizə qoşulun