Medianews.az
Yeni körpü çökdü:
81 baxış

Yeni körpü çökdü: İnsanlar çaya düşdü – VİDEO

Kolumbiyada yeni piyada körpüsünün açılış mərasimi faciə ilə nəticələnib.

Medianews.az xəbər verir ki, hadisə aprelin 19-u Çoko departamentində, Baqado bələdiyyəsində baş verib.

85 metrlik körpü şəhər mərkəzini San-Marino kəndi ilə birləşdirməli idi. Mərasimdən sonra bələdiyyə başçısı və sakinlər körpüdən keçməyə başlayıb. Həmin an konstruksiya silkələnib, kanatlar qırılıb və insanlar çaya düşüblər.

Hadisə şahidlər tərəfindən videoya çəkilib.

Nəticədə 8 nəfər xəsarət alıb, onlardan 3-ü xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə yoxdur. Bələdiyyə başçısı bildirib ki, materialların keyfiyyətli olmasını tələb edib, lakin körpü dayanıqlı olmayıb.

Hazırda hadisənin səbəbləri araşdırılır. İlkin versiyaya görə, açılışdan sonra körpüyə eyni anda çox sayda insan çıxıb. Körpünü inşa edən şirkət də araşdırmaya qoşulub.

Medianews.az

Bizə qoşulun