Medianews.az
Yeni mövsümə neçə komanda buraxılır?
217 baxış

Yeni mövsümə neçə komanda buraxılır?

Yenilənmiş reqlamentə görə, 2026-2027 mövsümündə UEFA-nın klub turnirlərinə qurumun 54 üzvünün 238 komandası buraxılır (Rusiya yarışlardan kənardır).

Medianews.az bildirir ki, Çempionlar Liqasında 82, Avropa Liqasında 45, Konfrans Liqasında 111 komanda start götürəcək.

Hər üç turnirdə dörd təsnifat mərhələsi var. Çempionlar Liqasının birinci mərhələsində ələnənlər Konfrans Liqasına, qalan mərhələlərində ələnənlər Avropa Liqasına köçəcək, Avropa Liqası təsnifatlarında ələnənlər Konfrans Liqasına adlayacaq, 36 komandalıq liqa mərhələlərində ilk 8 pilləni tutanlar 1/8 finala, 9-24-cü yerləri tutanlar 1/16 finala çıxacaq.

Azərbaycan mövsümə 4 komanda ilə qatılır. “Sabah” Çempionlar Liqasına birinci mərhələdən (7-15 iyul), “Qarabağ” Avropa Liqasına birinci mərhələdən (9-16 iyul), “Neftçi” Konfrans Liqasına birinci mərhələdən (9-16 iyul), “Turan Tovuz” ikinci mərhələdən (23-30 iyul) başlayacaq.

Medianews.az

Bizə qoşulun