Medianews.az
Yuxuda nəfəs dayanır, xəbərimiz olmur –
52 baxış

Yuxuda nəfəs dayanır, xəbərimiz olmur – təhlükəli sindrom

Böyük Britaniyalı ümumi praktikant Xand van Tulleken milyonlarla insanın yuxu apnesindən əziyyət çəkdiyini, lakin bundan xəbərsiz olduğunu bildirib.

Medianews.az xəbər verir ki, həkim qeyd edib ki, yuxu apnesi hava yollarının tıxanması səbəbindən yuxu zamanı bir neçə saniyəlik nəfəs dayanması ilə xarakterizə olunur.

Onun sözlərinə görə, ilkin mərhələdə bu problem yuxu çatışmazlığı və xroniki yorğunluqla özünü göstərir.

Mütəxəssis vurğulayıb ki, vaxtında müalicə olunmadıqda yuxu apnesi yüksək qan təzyiqi, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riskini artıra bilər. Ən narahatedici məqam isə xəstələrin uzun illər bu problemdən xəbərsiz qalmasıdır.

Həkim yuxuda nəfəsin izlənməsi üçün xoruldamanı qeydə alan xüsusi cihazlardan istifadə etməyi tövsiyə edib. Qanın oksigen səviyyəsini ölçən ağıllı saat və ya bilərziklər də dolayı yolla problemi aşkar etməyə kömək edə bilər. Bundan əlavə, yaxınların xoruldama ilə bağlı şikayətləri də ciddi siqnal hesab olunur.

Ekspert əlavə edib ki, bir çox hallarda siqaret və spirtli içkidən imtina etmək vəziyyəti xeyli yaxşılaşdırır, bəzi hallarda isə problem tam aradan qalxa bilər. Müalicə üsulları arasında xüsusi tənəffüs maskaları və ağır hallarda cərrahi müdaxilə də yer alır.

Medianews.az

Bizə qoşulun