Yuxu mütəxəssisi Maksim Novikov yuxusuzluqdan əziyyət çəkənlərə bu problemi aradan qaldırmaq üçün dərmansız üsullar təklif edib.
Medianews.az xəbər verir ki, o, gündüz yuxusundan çəkinməyi, yataq otağını havalandırmağı və qaranlıq, sakit mühit yaratmağı tövsiyə edir.
Həmçinin, elektron cihazlardan uzaq durmağın və eyni vaxtda yatıb-durmağın yuxuya kömək etdiyini vurğulayıb.
Novikov səhər və ya günorta vaxtı intensiv məşqləri məsləhət görür və çay, qəhvəni bitki çayları ilə əvəz etməyi təklif edir.
Medianews.az