Medianews.az
Yuxusuzluğun təhlükəsi:
87 baxış

Yuxusuzluğun təhlükəsi: Həkim ciddi fəsadları açıqladı

Rusiyada həkimlər yuxu çatışmazlığının ciddi fəsadları barədə xəbərdarlıq ediblər.

Medianews.az xəbər verir ki, nevroloq Yelena Zubareva uzunmüddətli yuxu azlığının orqanizmdə ciddi pozuntulara səbəb olduğunu bildirib.

Onun sözlərinə görə, ilk növbədə sinir sistemi zərər görür. Yuxu çatışmazlığı stress hormonu olan kortizolun səviyyəsini artırır. Bu da əsəbilik, əhval dəyişikliyi, səbəbsiz gərginlik və depressiv hallara gətirib çıxarır. Eyni zamanda diqqət azalır, yaddaş zəifləyir və iş qabiliyyəti aşağı düşür.

Həkim əlavə edib ki, yuxu azlığı hormonal balansı da pozur. İnsulin, toxluq hormonu leptin və aclıq hormonu qrelinin ifrazı dəyişir. Bu isə iştahanın artmasına, həddindən artıq qidalanmaya və zamanla çəki artımı, hətta piylənməyə səbəb ola bilər.

Medianews.az

Bizə qoşulun