Medianews.az
Yuxusuzluqdan əziyyət çəkənlər üçün yeni
98 baxış

Yuxusuzluqdan əziyyət çəkənlər üçün yeni ÜSUL

Nevroloq Yuliya Prokofyeva yuxusuzluqdan əziyyət çəkənlər üçün qeyri-adi üsullar açıqlayıb.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, bəzən yuxuya getmək üçün çox çalışmaq beyin fəaliyyətini artırır. Bu da yuxunu çətinləşdirir.

Həkim bildirib ki, belə hallarda “paradoksal niyyət” (paradoxical intention) texnikası kömək edə bilər. Bu üsulda insan özünə yatmamaq tapşırığı verir və gözlərini açıq saxlayaraq oyaq qalmağa çalışır.

Bundan əlavə, “koqnitiv qarışdırma”  texnikası da tövsiyə olunur. Bu zaman insan təsadüfi və neytral obrazları təsəvvür edir ki, bu da beynin ayıq qalma mexanizmini zəiflədir və yuxuya getməyi asanlaşdırır.

Medianews.az

Bizə qoşulun