Medianews.az
Zaur Naxçıvanski “qanuni oğru”dur,
203 baxış

Zaur Naxçıvanski “qanuni oğru”dur, yoxsa...

Belə görünür ki, Rusiya istintaqçıları məhkəmədə “qanuni oğru” ittihamını təsdiqləməklə, Zaur Şpilova ağır cəza vermək istəyirlər

Orenburq Vilayət Məhkəməsində azərbaycanlı “qanuni oğru” Zaur Naxçivanski kimi tanınan Zaur Şipilovun məhkəməsinin başlaması barədə məlumat vermişdik. Medianews.az Musavat.com-a istinadən yada salır ki, 1985-ci ildə Rusiyanın Orenburq şəhərində anadan olan 36 yaşlı Zaur Şipilov kriminal aləmdə nüfuzlu avtoritetlərdən sayılan Bayram Talıbovun oğludur. Şipilovun atası 2006-ci ilin aprelində Sabirabadlı Hikmət kimi tanınan Hikmət Muxtarovla birgə sui-qəsd nəticəsində qətlə yetirilib.

Picture backgroundZaur Naxçıvanski Rövşən Lənkəranskinin “xaç oğlu” kimi də tanınır. Belə ki, Şipilovun atası qətlə yetiriləndə 21 yaşı olan Zaur, həmin dövrdə Rövşən Lənkəranski tərəfindən himayə edilib. İndi onun 2013-cü ilin yayında Türkiyədə olarkən “qanuni oğru” statusu almasına görə iddiham edirlər. Bu status isə Rusiya Cinayət Məcəlləsinə görə 8 ildən 15 ilə qədər həbs cəzası nəzərdə tutur. Bu qanundan əvvəl “mən qanuni oğruyam” demək zərurət idisə, indi xüsusilə məhkəmədə belə bir “etiraf” gərəksizdir. Ona görə ötən prosedə Zaur Naxçıvanski Federal Penitensiar Xidmətin üç əməkdaşının kamera qarşısında “qanuni oğru” olduğunu barədə dediklərini təkzib etmişdi. Belə görünür ki, Rusiya istintaqçıları “qanuni oğru” ittihamını təsdiqləməklə Zaur Şpilova ağır cəza vermək istəyirlər.

Son məhkəmə prosesində Şipilov haqda sosial mediada olan materiallar təqdim edilib. Bunlara Şipilovun müvafiq icmalardakı paylaşımları və fotoşəkilləri, o cümlədən on minlərlə abunəçisi olan “VKontakte”dəki "Qanundakı oğrular" qrupu daxildir. Orada onun şəkilləri, ləqəbinə aid yazılarla birlikdə yerləşdirilib. Bir neçə şahid məhkəməyə gəlməyib. Növbəti proses martın  31-ə təyin edilib.

Bizə qoşulun