Medianews.az
Zelenski: Lukaşenkoya qarşı sanksiyalar
64 baxış

Zelenski: Lukaşenkoya qarşı sanksiyalar ilk addımdır

“Belarus lideri Aleksandr Lukaşenkoya qarşı sanksiyaların tətbiqi ilk addımdır; Ukrayna artıq sanksiya siyasətini davam etdirmək üçün hüquqi baza üzərində işləyir”.

Medianews.az xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib

"Biz buna əsaslanaraq sanksiya siyasətini davam etdirmək üçün hüquqi baza üzərində işləyəcəyik. Bu, təkcə Lukaşenkoya deyil, həm də onun ətrafına, oğullarına və s. şamil ediləcək", - deyə o yazıb.

Ukrayna liderinin sözlərinə görə, Kiyev Amerika tərəfini Minskə və xüsusilə Lukaşenkoya qarşı sanksiyaları genişləndirməyə inandırmağa çalışacaq.

Medianews.az

Bizə qoşulun