Medianews.az
Zelenskinin Putinlə bağlı açıqlaması
50 baxış

Zelenskinin Putinlə bağlı açıqlaması diqqət çəkdi

Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putin barədə açıqlaması Finlandiyada təəccüb doğurub.

Medianews.az xəbər verir ki, bununla bağlı Finlandiya “Azadlıq Alyansı” partiyasının üzvü Armando Memu X sosial media saytında paylaşım edib.

O yazıb ki, Zelenski Putinin Üçüncü Dünya Müharibəsini başlatmaq istədiyini bildirib, amma Memuya görə bu doğru deyil və Rusiya bununla maraqlanmır.

Memu qeyd edib ki, Zelenski böyük münaqişə başlasa, Ukraynanın qələbəsinə ümid edir. O həmçinin bildirib ki, Zelenski NATO-nu birbaşa qarşıdurmaya cəlb etmək və Putinin iqamətgahına hücum etmək niyyətində olub. Siyasətçi əlavə edib ki, münaqişəni uzatmaqla Ukrayna Avropanın silahlanması üçün vaxt qazanır.

Medianews.az

Bizə qoşulun