Medianews.az
Zelim Tçkayev bürünc
107 baxış

Zelim Tçkayev bürünc medal qazandı

Azərbaycan cüdoçusu Zelim Tçkayev Avropa çempionatında bürünc medal qazanıb.

81 kq çəki dərəcəsində yarışan idmançı Gürcüstanın paytaxtı Tbilisidə keçirilən turnirdə üçüncü yer uğrunda belçikalı rəqibi Mattias Kasseyə qalib gəlib. Beləliklə, Tçkayev yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar. Yarışa aprelin 19-da yekun vurulacaq.//Qafqazinfo 

Bizə qoşulun