ABŞ-də152 metr hündürlükdən yıxılan alpinist möcüzə nəticəsində sağ qalıb.
Medianews.az xəbər verir ki, hadisə Kaliforniya ştatında baş verib.
İki qardaş çoxgünlük yürüş çərçivəsində Baxter dağında dırmanış edib. Onlardan birinin ayağı altındakı qar qəfil çöküb və o, dik yamacdan aşağı yuvarlanaraq təxminən 152 metr məsafəyə düşüb. Nəticədə alpinist çoxsaylı sınıqlar alıb, lakin sağ qalmağı bacarıb.
Hadisədən dərhal sonra qardaşı onun yanına enərək kömək çağırıb. Xilasetmə qrupları əraziyə yalnız səhər saatlarında çata bilib. Alpinistlər gecəni dağda, sərt soyuq şəraitdə keçirməli olublar.
Daha sonra hər iki şəxs yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların hazırkı vəziyyəti barədə əlavə məlumat verilməyib.
Medianews.az