08.08.2022, 09:01
206
baxış
Gurban Alakbar
Çanaqqalada meşə yanğını söndürülüb
Türkiyənin qərbində Çanaqqala vilayətinin Çan rayonunda yanğınsöndürənlər meşə yanğının yayılmasını lokallaşdıra biliblər.
Trend xəbər verir ki, Çakılköy kəndi yaxınlığında baş verən yanğının səbəbi hələlik məlum deyil.
Yanğının söndürülməsinə 6 vertolyot, 4 təyyarə, 13 yanğınsöndürən maşın, 3 buldozer cəlb olunub.
Yanğın 10 hektar meşə sahəsinə ziyan vurub.