Medianews.az
222 ölçülü nəhəng ayaqqabı hazırlandı -
118 baxış

222 ölçülü nəhəng ayaqqabı hazırlandı - FOTOLAR

Türkiyənin Bolu şəhərində ən böyük ayaqqabı istehsal olunub.

Medianews.az xəbər verir ki, nəhəng ayaqqabının ölçüsü 222-dir.

Layihəni Ahmet Çetinkaya və tələbələri hazırlanıb. Komanda Almaniyada gördükləri böyük bir çəkmədən ilhamlanaraq bu layihəni həyata keçirib.

Məlumata görə, ayaqqabının hazırlanmasında strafor və gipsdən qəlib düzəldilib, üzərində dəri materialından istifadə olunub. Alt hissəsi isə iribuynuzlu heyvanların (öküz, manda, inək) dərisindən xüsusi bitki və kimyəvi maddələrlə hazırlanan, olduqca sərt, qalın və davamlı dəridən hazırlanıb.

Ahmet Çetinkaya bildirib ki, məqsəd daha böyük ölçülü ayaqqabı hazırlamaq olsa da, mövcud imkanlarla 222 ölçü əldə edilib. Onun sözlərinə görə, bu məhsul nəzəri olaraq geyinilməsi mümkün olan ən böyük ayaqqabıdır.

Medianews.az

Bizə qoşulun