Uqandada ildırım vurması nəticəsində üç azyaşlı qız vəfat edib.
Medianews.az xəbər verir ki, hadisə mayın 3-də ölkənin qərbində yerləşən Kabale rayonunda baş verib.
Güclü leysan və ildırım zamanı iki 13 yaşlı məktəbli və onlardan birinin 4 yaşlı bacısı evin mətbəxində gizlənib. Həmin vaxt ildırım binaya düşüb. Uşaqlar yerindəcə vəfat ediblər.
Məktəb rəhbərliyi və yerli icma faciəni dərin kədər hissi ilə qarşılayıb. Pis hava şəraiti səbəbindən aidiyyəti qurumlarla əlaqə yaratmaq çətinləşib.
Medianews.az