Medianews.az
6 mərtəbə aşağı düşdü –
177 baxış

6 mərtəbə aşağı düşdü – 89 yaşlı qadının etdikləri GÜNDƏM OLDU

Çinin Pekin şəhərində 89 yaşlı qadın təsadüfən özünü 27-ci mərtəbədəki mənzildə kilidləyib və telefonu üzərində olmadığı üçün heç kəslə əlaqə saxlaya bilməyib. O, pəncərədən çıxıb və binanın fasadı ilə 6 mərtəbə aşağı düşüb.

Medianews.az xəbər verir ki, hadisə Pekində baş verib.

Qadın 21-ci mərtəbədə ilişib qalıb. Hadisə yerinə gələn polis və yanğınsöndürənlər onu xilas ediblər: təhlükəsizlik trosu bağlayıb, su və üst geyimi veriblər, sonra xüsusi avadanlıqla mənzilə keçiriblər.

Qadın yalnız qorxu və yorğunluq keçirib, fiziki xəsarət almayıb. Ailəsi xilasetmə qrupuna vaxtında müdaxilə üçün təşəkkür edib.

Medianews.az

Bizə qoşulun