Medianews.az
90 manata iftar menyusu var -
123 baxış

90 manata iftar menyusu var - Qiymətlər kəskin artıb

Restoranlarda Ramazan ayına özəl hazırlıqlar başlanılıb. İftar süfrəsi üçün menyular yenilənib. Ənənəvi menyular daha da zənginləşdirilib. Orucluq hələ başlamasa da artıq rezervasiya edənlər az deyil. 

Medianews.az Milli.Az-a istinadən xəbər verir ki, menyu qiymətlərində ötən illə müqayisədə 10 faiz artım var. 

Restoran sahiblərinin sözlərinə görə, iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir:

"İftar menyusundakı qiymət fərqi menyunun tərkibində olan çeşidlərə və keyfiyyətinə görə fərqlənir. Həmin növ menyuların tərkibində olan yeməklər çeşidinə görə dəyişir. 80 manatlıq menyu daha zəngindir". 

Bəzi restoranlarda isə Ramazan ayına özəl kompaniyalar var. Həmin restoranlarda isə 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır. 

Qeyd edək ki, Ramazan ayı 18 fevral axşamdan başlayacaq. İlk oruc günü fevralın 19-na təsadüf edəcək. 

Bizə qoşulun