Medianews.az
ABŞ-də benzin bahalaşdı
75 baxış

ABŞ-də benzin bahalaşdı

ABŞ-də bir qallon (təxminən 3.7 litr) benzinin orta qiyməti 4 dolları keçib. Bu, 2022-ci ilin avqust ayından bəri rekord həddir.

Bu barədə yanacaq qiymətlərinin dinamikasını izləyən "GasBuddy" portalı məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin şərq sahili vaxtı ilə saat 20:45-ə (Bakı vaxtı ilə çərşənbə axşamı 04:45 - red.) olan məlumata əsasən, "Regular" markalı benzinin bir qallonu 4.01 dollara bərabərdir. Yanacağın ən baha satıldığı ərazi isə Kaliforniya ştatıdır, belə ki, burada alıcılar bir qallon benzin üçün 5.86 dollar ödəməlidirlər./oxu.az

Bizə qoşulun