İtaliyada 29 yaşlı məşhur model Pamela Cenininin başı onun tabutundan oğurlanıb.
Medianews.az xəbər verir ki, hadisə modelin cəsədinin müvəqqəti saxlanıldığı qəbiristanlıqda aşkarlanıb.
Yaxınları cənazəni dəfn üçün köçürmək istəyərkən tabutun açıldığını görüb. Polis əməkdaşlarının iştirakı ilə aparılan yoxlama zamanı cəsədin başsız olduğu müəyyən edilib.
İlkin məlumata görə, bir neçə nəfər tabutu açaraq modelin başını kəsib və hadisə yerindən qaçıb. Şübhəlilər hazırda axtarılır.
Qeyd edək ki, model 2025-ci ildə keçmiş sevgilisi tərəfindən qətlə yetirilmişdi.
Medianews.az
