“ABŞ İranın Xarq adasını və Hörmüz boğazında 50 min nəfərlik qüvvə ilə hərbi əməliyyatlar keçirməsi gözlənilir. Bu əməliyyat başlayarsa, müharibənin ikinci mərhələsi başlayacaq. Üçüncü mərhələsi isə, rejimin təslim olması ya hərbi əməliyyatlarla süqutudur”.
Bu fikirləri Medianews.az-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib.

Ekspertin fikrincə, ABŞ prezidenti D. Trampın 15 maddəlik təklifini İran tərəfi qəbul etsəydi, hər iki tərəf buradan müəyyən dərəcədə qazanmış olardı: “SEPAH artıq quru döyüşlərinə hazırlaşır. Demək olar ki, SEPAH əlində son şansdır. Amma, müharibənin gedişində SEPAH nüvə silahı əldə edə və İsrailə tətbiq edə bilər.
Tərəflər arasında Pakistanın vasitəçiliyi ilə danışıqlar prosesi keçirilir. Buna baxmayaraq İrana qarşı ağır şəkildə hücumlar davam edir.
SEPAH quru əməliyyatlarda üstünlük qazanacağını düşünərək, öz şərtlərini irəli sürür. Ona görə də tərəflər arasında ortaq məxrəcə gəlmək hazırda mümkün görünmür. Amma, İsrail prosesə mane olmasa, aprel ayında atəşkəs mümkün ola bilər”.
Nailə Qasımova,
Medianews.az