Yeşilçam və Türk musiqisinin sevilən simalarından olan Eməl Sayın Kemal Sunal haqqında diqqətçəkən açıqlama verib.
Medianews.az xəbər verir ki, o bu barədə qonaq olduğu verişlərdən birində danışıb.
"Mavi Boncuk" filmində Kamal Sunal ilə birlikdə çəkilən Eməl Sayın, mərhum aktyorun yardımsevər təbiətini belə xatırlayıb:
“Onu uzaqdan izlədim və o an başa düşdüm ki, çox gözəl bir ürəyi var. Yardımsevər, sadə və incə qəlbli bir insandı. O vaxt ona olan hörmətim daha da artdı”.
80 yaşında olan və səhnə fəaliyyətini davam etdirən Eməl Sayın, həm musiqidə, həm də Yeşilçam filmlərindəki uğurlarından danışıb.
Medianews.az


