Medianews.az
ABŞ-İran danışıqları
114 baxış

ABŞ-İran danışıqları bu tarixdə olacaq

ABŞ növbəti 48 saat ərzində İranın nüvə sazişi ilə bağlı ətraflı təklif alarsa, fevralın 27-də Cenevrədə İranla daha bir danışıqlar raundunu keçirməyə hazırdır.

Medianews.az xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmisinə istinadən yazıb.

Bildirilir ki, bu, ABŞ-İsrail hərbi əməliyyatları başlamazdan əvvəl İrana verilən son şansdır və Tramp administrasiyası İranın təklifini gözləyir.

Məlumatda bildirilir ki, Tramp administrasiyası və İran tam nüvə sazişi razılaşdırılmadan əvvəl müvəqqəti razılaşma ehtimalını da müzakirə edə bilərlər.

Bizə qoşulun