Medianews.az
Kupça ilə bağlı yeni qayda:
101 baxış

Kupça ilə bağlı yeni qayda: İlk onlara veriləcək

Evlərlə bağlı hazırlanan konsepsiyanın yaxın müddətdə təsdiqi gözlənilir. Təxminən 100 min evə kupça verilməsi mümkün olacaq.

Medianews.az Xezerxeber.az-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, bununla bağlı konspesiya hazırlanıb və yaxın müddətdə təsdiqi gözlənilir.

Təsdiq olunduqdan sonra isə birinci mərhələdə 2001-ci ilədək inşa edilən evlərə kupça veriləcək.

Həmçinin tikinti üçün torpaq sənədi olsa da, kadastr məlumatlarındakı ziddiyyətlərə görə çıxarış ala bilməyən vətəndaşlar üçün problem aradan qaldırılır. Nazirlər kabineti daşınmaz əmlakın sənədlərinin qeydiyyatı, qəbulu və yoxlanması üzrə prosedurları tədiq edib. Yeni qərarla bu prosesin sadələşdirilməsi reallaşıb. Müvafiq dövlət qurumu təqdim olunan məlumatların dəqiqləşdirilməsi üçün digər qurumlara, o cümlədən arxiv idarələrinə elektron sorğu göndərəcək.

Belə ki artıq müddətlə bağlı da qərar qəbul olunub. Qurum prosesi təxminən 2 həftə ərzində yekunlaşdırmalı, nəticəsi barədə vətəndaşa məlumat verməlidir.

Qərar masadadır – İlkin olaraq 2001-ci ilədək inşa edilən evlərə kupça veriləcək VIDEO

Bizə qoşulun