Medianews.az
Siçovullu evdən media imperiyasına:
91 baxış

Siçovullu evdən media imperiyasına: Simonyanın həyat yolu

Rusiyanın tanınmış media siması, RT telekanalının baş redaktoru Marqarita Simonyan doğulduğu Krasnodar şəhərinə səfəri zamanı uşaqlıq illərini keçirdiyi evi nümayiş etdirib.

Medianews.az  xəbər verir ki, Simonyanın sözlərinə görə, həmin evdə on il yaşayıb. Tikilidə nə mərkəzləşdirilmiş su, nə də istilik sistemi olub. Evi odunla qızdırıblar, suyu isə küçədəki kolonka vasitəsilə vedrələrlə daşıyıblar. Mənzildə ayrıca mətbəx və sanitar qovşağı da olmayıb.

O, avtobioqrafik xatirələrində uşaqlığının ən ağır detalının siçovullar olduğunu bildirib. Simonyan yazır ki, ən erkən xatirələrindən biri nəhəng qara siçovulla bağlıdır:

“Siçovul yəqin ki, uşaqlıqdan xatırladığım ilk şeydir. Bəlkə bir yaşım vardı. Anamla haradansa qayıtdıq, cırıq dəri örtüklü qapını açdıq və birdən şkafın altından köhnə divanın altına doğru yarı mən boyda, qapqara bir siçovul şığıdı.”

Sosial şəbəkələrdə bu paylaşım geniş rezonans doğurub. Bir qisim bunu yoxsulluqdan yüksək vəzifəyə qədər uzanan həyat hekayəsi kimi təqdim edir, digərləri isə hazırkı siyasi mövqeyi fonunda bu etirafın zamanlamasını müzakirə edir.

WhatsApp Image 2026-02-22 at 20.06.03.jpeg (155 KB)

Bizə qoşulun