Medianews.az
ADSEA: Yağış suları kənarlaşdırılır
108 baxış

ADSEA: Yağış suları kənarlaşdırılır

İntensiv yağışlar zamanı ərazilərdə toplanan yağış sularının kənarlaçdırılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Məlumat Medianews.az-a ADSEA-dan verilib.

Məlumatda deyilir ki, ADSEA və Xidmətin cavabdeh şəxsləri, o cümlədən sukanal idarələrinin əməkdaşkaları müxtəlif ərazilər üzrə  yağış sularının kənarlaşdırılması işlərini həyata keçirirlər.

Suraxanı rayonu Hövsan qəsəbəsi İ.Əhlimanov, Zığ qəsəbəsi İ.Suleymanov küçəsində kanalizasiya xətləri  təmizlənir,  Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev, Yaşar Əliyev, Səbail rayonu, Neftçilər prosoekti ilə Bülbül küçəsinin kəsişməsi, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi,  3N-li nasosstansiya,  Bağırov körpüsü və digər ərazilərdə toplanan yağış suları kənarlaşdırılır.

İşlər intensiv və təxirəsalınmaz şəkildə davam etdirilir.

Medianews.az

Bizə qoşulun