Medianews.az
Aliment ödəməmək üçün 3 yaşlı qızına
34 baxış

Aliment ödəməmək üçün 3 yaşlı qızına siçan zəhəri verdi

Bavariyada 28 yaşlı kişi aliment ödəməmək üçün 3 yaşlı qızına siçan zəhəri verib.

Medianews.az xəbər verir ki, Əfqanıstan vətəndaşı Elias G. üç yaşlı qızının ağzına siçan zəhəri olan alüminium fosfid möhürlənmiş paket qoyub. Qız maddəni udub və nəticədə zəhərlənib. Anası dərhal təcili yardım çağırıb. Həkimlər uşağı xilas edə biliblər.

Müstəntiqlərin fikrincə, Elias cinayəti bir neçə həftə ərzində planlaşdırıb, zəhərlərin təsirini internetdə araşdırıb. Onun cinayəti törətməkdə məqsədi aliment ödəməmək olub. Təqsirləndirilən şəxs ittihamları rədd etsə də, hakim qarşısına çıxaırlacaq.

Bizə qoşulun